Bu il icbari tibbi sığorta çərçivəsində 100 qaraciyər, 150 böyrək köçürməsi nəzərdə tutulur.
"Unikal" xəbər verir ki, bunu İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinin sədri Zaur Əliyev deyib.
O qeyd edib ki, bu say Agentliyin büdcəsinə və mövcud texniki imkanlara uyğun müəyyən edilib.
“Bu məsələdə tibb müəssələrinin də potensialı nəzərə alınır. Hazırda işlər gedir, yeni briqadalar yaradılır, digər klinikalar bu istiqamətdə iş aparır. Hesab edirəm ki, gələcəkdə biz bu sayı artıra bilərik”, - deyə Z.Əliyev əlavə edib.