Xalqımızın zəfər qazandığı 44 günlük Vətən Müharibəsində igidliklə döyüşərək şəhidlik zirvəsində ucalan, Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin müvafiq sərəncamları ilə “Vətən uğrunda”, “Şuşanın azad olunmasına görə”, “Cəbrayılın azad olunmasına görə”, “Füzulinin azad olunmasına görə”, “Xocavəndin azad olunmasına görə”, “İgidliyə görə” medallarına layiq görülən Əliyev Əli Ələsgər oğlunun 25-ci doğum günü qeyd edilib.
"Unikal" xəbər verir ki, anım tədbirində Abşeron Rayon İcra Hakimiyyətinin İctimai-siyasi və humanitar məsələlər üzrə başçının müavini Gülnar Rəhimova, şəhid ailələri və Qobu qəsəbə içtimaiyyəti iştirak edib. İştirakçılar şəhid Əli Əliyevin Qobu qəsəbəsindəki məzarını ziyarət edib, ruhuna dualar oxuyublar.
Şəhidimizin keçdiyi döyüş yolundan danışılıb, onun göstərdiyi xidmətlərdən və şücaətlərdən bəhs edilib.
Sonra şəhidin əvvəllər yaşadığı evə gedən Gülnar Rəhimova şəhidin ailə üzvləri ilə görüşüb, onların qayğıları və problemləri ilə maraqlanıb.
Şəhid Əli Əliyevin yaxınları ölkəmizdə şəhid ailələrinə dövlət səviyyəsində böyük diqqət və qayğının göstərildiyini önə çəkib və bütün bunlara görə Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevə və Birinci Vitse-prezident Mehriban xanım Əliyeva təşəkkürünü ifadə ediblər.