Kürdəmir Rayon İcra Hakimiyyətinin başçısı Elxan İbrahimov rayon ərazisində biçin aparılan taxıl sahəsində olub və biçinin gedişi ilə tanış olub.
Bu haqda "Unikal"a Kürdəmir Rayon İcra Hakimiyyətindən məlumat verilib.
İcra başçısına rayon ərazisində aparılan taxıl biçini haqqında ətraflı məlumat verilib.
İcra başçısı ərazidə olan fermerlərlə də görüşüb. Görüşdə fermerləri narahat edən məsələlər müzakirə olunub, icra başçısı onların suallarına cavab verib.
Qeyd edək ki, rayonda bu il 44 min hektar sahədə taxıl yetişdirilib. Əkin sahələrinin 11 min hektarı buğda, 33 min hektarı arpadır.
İcra başçısı, həmçinin pambıq sahəsinə baxış keçirərək pambığın becərilmə və kultivasiya prosesi ilə tanış olub.