Dünyaca məşhur "Reuters" agentliyi Şuşa şəhərinə səfər edərək oradan reportaj hazırlayıb.
"Unikal" xəbər verii ki, agentliyin əməkdaşları Şuşanı "Azərbaycanın İsveçrəsi" adlandırıb.
Qeyd olunub ki, Azərbaycan ordusu 2020-ci ilin sonlarında şəhəri 1992-ci ildə Ermənistanın dəstəklədiyi separatçı rejimdən geri alıb.
Reportajda ermənilərin turistik zonanı necə məhv etməsi və sonda da boş bir şəhəri qoyub qaçmaları bildirilir:
"Yavaş-yavaş azərbaycanlı inşaatçılar küçələrə can verirlər. Yerli şuranın binası, polis qərargahı və baş poçt şöbəsi bərpa olunub, Gövhər Ağa məscidi və Erməni pravoslav Qazançetsots kilsəsinin ətrafında tikinti işləri gedir.
Ağarza Elçinoğlu