ABŞ-ın Kanzas ştatında yaşayan keçmiş müəllim Allison Fluke-Ekren məhkəməsində İŞİD-in qadın döyüşçü batalyonuna komandirlik etdiyini və ölkəsinə hücumlar təşkil etməyi planlaşdırdığını etiraf edib.
"Unikal" xəbər verir ki, Qərbi Virciniya ştatında məhkəmə qarşısına çıxan keçmiş sinif müəllimi Allison Fluke-Ekren Suriyada öz qızı da daxil olmaqla yüzdən çox qadın və qıza hərbi təlim keçdiyini bildirib.
2017-ci ildə ABŞ-ı tərk edən Fluke-Ekren özünü “xilafətin müdafiəçisi” kimi qələmə verib və İŞİD üçün ölməyə ümid etdiyini dəfələrlə dilə gətirib. O, 2021-ci ilin yayında Suriyada naməlum qüvvələr tərəfindən saxlanılıb, yanvar ayında terrorçulara maddi dəstək vermək ittihamı ilə Virciniyaya gətirilib.
Gülayə Mecid