Bakıda və Abşeronda yerləşən çimərliklərdə monitorinqlər aparılır.
"Unikal" xəbər verir ki, bu barədə Səhiyyə Nazirliyinin Sanitar-Epidemiologiya Mərkəzinin şöbə müdiri Ziyəddin Kazımov məlumat verib.
Onun sözlərinə görə, respublika ərazisində olan çimərliklərin də monitorinqləri aparılır: "Monitorinqlər zamanı nümunələr çimərliyin üç nöqtəsindən götürülür. İyunun 10-15-də tədqiqatın nəticələri barədə ictimaiyyətə məlumatlar veriləcək".