Xocalı faciəsinin anım günü məmurlar jurnalistlərdən niyə gizləndi?
15:24 26-02-2013
CƏMİYYƏT
50-yə yaxın polis əməkdaşı jurnalistlərin yolunu kəsərək onları abidəyə yaxın buraxmayıblar
Bu gün Xocalı soyqırımının 21-ci ildönümü ilə bağlı Xocalı prospektindəki “Ana harayı” abidəsi ziyarət edilib. AzNews.az əməkdaşının verdiyi məlumata görə, ərazidə jurnalistlərlə polis əməkdaşları arasında qarşıdurma yaranıb.
Polislər jurnalistləri abidəyə yaxın buraxmamaqla bağlı tapşırıq aldıqlarını bildirərək mətbuat nümayəndələrinin qarşısını kəsiblər: “50-yə yaxın polis əməkdaşı Xətai metrosunun qarşısında jurnalistlərin yolunu kəsərək onları abidəyə yaxın buraxmayıblar. Jurnalistlər əraziyə ancaq rəsmi şəxslərin ziyarəti başa çatdıqdan sonra buraxılıb”.
Musavat.com-un əldə etdiyi məlumata görə, hüquq-mühafizə orqanlarının bu məsələdə canfəşanlıq göstərməsi səbəbsiz deyil və onlara yuxarıdan verilən ciddi tapşırıqla bağlıdır. Məqsəd jurnalistlərin yüksək mənsəbli məmurlara yaxınlaşmasının qarşısını almaq olub.
Məlum olduğu kimi, son illər bir qayda olaraq jurnalistlər vəzifəli şəxslərə yalnız mühüm dövlət tədbirlərində yaxınlaşa və onlardan öz suallarına cavab ala bilirlər. Bu, artıq ənənə şəklini alıb. İlk dəfə olaraq bunun qarşısının alınmasının isə gündəmdə olan qalmaqallı hadisələrlə bağlı olduğu düşünülür. Hesab olunur ki, hakimiyyətin ali dairələrində sensasiya dalınca qaçan jurnalistləri məmurları danışdıraraq gündəmdəki qalmaqallı məsələləri daha da qızışdıracaqlarından çəkiniblər.
Digər Xəbərlər
2024-11-24 00:50:52
2024-11-23 20:52:26
2024-11-23 17:56:44
2024-11-23 17:48:33
2024-11-23 17:45:14
2024-11-23 17:42:09
2024-11-23 17:29:59
2024-11-23 17:16:46
2024-11-23 16:32:33
2024-11-23 16:20:57
2024-11-23 15:47:06
2024-11-23 15:40:24
2024-11-23 15:32:41
2024-11-23 14:39:22
2024-11-23 14:14:36
2024-11-23 12:58:51
2024-11-23 12:44:50