Türkiyəli aktrisa Özge Gürellə aktyor Serkan Çayoğlunun toylarını edəcəkləri yer bəlli olub.
"Unikal" Türkiyə mətbuatına istinadən xəbər verir ki, cütlük müsahibə zamanı özəl günlərini İtaliyada qeyd edəcəklərini bildiriblər.
Onlar İtaliyada çəkilən "Kiraz mevsimi" serialında tanış olduqları üçün "Bizim üçün özəl xatirəsi var" söyləyiblər.
Qeyd edək ki, 6 ildir eşq yaşayan cütlük bu ay nikah masasına əyləşəcək.