Bu gün İzmir şəhərində müdafiə naziri, general-polkovnik Zakir Həsənov və Qırğızıstan müdafiə naziri, general-leytenant Baktıbek Bekbolotov arasında ikitərəfli formatda görüş keçirilib.

Müdafiə Nazirliyindən "Unikal"-a bildirilib ki, görüşdə ölkələrimiz arasında hərbi, hərbi-təhsil və qarşılıqlı əməkdaşlığın müxtəlif sahələri, eləcə də maraq doğuran digər məsələlər barədə ətraflı fikir mübadiləsi aparılıb.