Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Məşğulluq Agentliyinin Mərkəzi Karyera filialı tərəfindən ölkəmizin ali təhsil müəssisələrinin Karyera mərkəzlərində çalışan əməkdaşları üçün təşkil edilən “Peşəkar Karyera Məsləhətçisi”adlı silsilə təlim kursu başa çatıb.
"Unikal" xəbər verir ki, təlim kursuna ölkənin bir çox aparıcı ali təhsil ocaqlarının əməkdaşları qatılıblar. Silsilə təlim kursunun yekun imtahanında ATMU-nun Karyera və kommunikasiya şöbəsinin müdiri Səidə Məmmədova və adıkeçən şöbənin baş mütəxəssisi Elnurə Əliyeva ən yüksək nəticələr əldə ediblər.
Qeyd edək ki, Azərbaycan Turizm və Menecment Universitetinin xanım əməkdaşları S.Məmmədova və E.Əliyeva ”Peşəkar Karyera Məsləhətçisi” adlı silsilə təlim kursunun çoxsaylı iştirakçıları arasında ilk iki yerə sahibləniblər və fərqlənmə sertifikatı alıblar.