“Qarabağda iş platforması” adlı layihə hazırlanır.
"Unikal" xəbər verir ki, bunu Dövlət Məşğulluq Agentliyinin sədri Mustafa Abbasbəyli deyib.
Agentlik sədri bildirib ki, bu ilin ilk 4 ayı ərzində 2500 işdən sığorta təyinatı olub: "Bu göstəricinin 10 minin üzərinə çatıdırılması nəzərdə tutulub. Böyük qayıdış çərçivəsində azad olunan ərazilərdə işlə təminatı məsələsinə baxılır. Qazilərin orada işə cəlbinə xüsusi önəm veriləcək".