Bakıda körpünün üstündə qəza olub, yollarda sıxlıq yaranıb.

"Unikal" xəbər verir ki, bu barədə Daxili İşlər Nazirliyinin Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzindən məlumat verilib.

Bildirilib ki, paytaxtın Alı Mustafayev küçəsində, 3-cü mkr dairəsində, körpünün üstündə baş verən yol-nəqliyyat hadisəsi Ziya Bünyadov prospekti istiamətində hərəkət sıxlığına səbəb olub.