"Sosial şəbəkələrdə xaricdən idarə olunan feyk hesablar vasitəsilə şantaj halları var. Bununla bağlı artıq bir neçə şəxs müraciət edib".
Bunu "Unikal"a Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin KİV və ictimaiyyətlə əlaqələr şöbəsinin rəisi, polis mayoru Elşad Hacıyev deyib.
"Sosial şəbəkə üzvlərini diqqətli olmağa, sosial şəbəkələrdə qeyri-etik, müzakirələrə səbəb olacaq münasibətlərdən, görüntülü kommunikasiyadan çəkinməyi tövsiyə edirik.
Danışıq, foto və videogörüntülər qeydə alınmaqla, dostluq hesabında olan başqa şəxslərə göndərilməməsi üçün ilkin 500-1000 € tələb olunur", - o vurğulayıb.