Qax Rayon Polis Şöbəsi əməkdaşları tərəfindən keçirilən “Xaş-xaş-2022” şərti adlı kompleks əməliyyat-axtarış və profilaktik tədbirlər nəticəsində rayonun İngiloy Kötüklü kəndi ərazisində yabanı halda bitən narkotik tərkibli bitkilər aşkar edilib.
DİN-in Mətbuat Xidmətinin Şəki regional qrupundan "Unikal"a verilən məlumata görə, ümumi çəkisi 1 ton 600 kiloqram olan 1818 ədəd çətənə kolu kökündən çıxarılıb və yandırılaraq məhv edilib.