Polşa Belarusla sərhədin 140 kilometrlik hissəsində “divar”ın tikintisini başa çatdırıb, artıq ilk hissələr istifadəyə verilir.
"Unikal" xəbər verir ki, bu barədə ölkənin sərhəd xidməti "Twitter" səhifəsində məlumat yayıb.
"Sərhəd səddinin ilk tamamlanmış hissələri istifadəyə verilib. Qalanları çatdırılma mərhələsindədir. Yaxın günlərdə elektron avadanlıqlar quraşdırılacaq", - deyə məlumatda bildirilir.
Polşa-Belarus sərhədinin ümumi uzunluğu təxminən 400 km, divarın uzunluğu isə 187 km olacaq. İşlərin dəyəri 1,5 milyard zlotı (355 milyon ABŞ dolları) keçəcək. İşlərin iyunun sonunadək başa çatdırılması planlaşdırılır.
Xatırladaq ki, Polşa divarın tikintisinə yanvarın 25-də - Belarus və Aİ sərhədində keçən ilki miqrasiya böhranından sonra başlayıb. 2021-ci ilin oktyabrında bir neçə aviaşirkət miqrantları (əsasən İraq və Suriyadan) Minskə daşımağa başlayıb. Belarus hakimiyyəti itlərlə silahlı sərhədçilərin dəstəyi ilə Polşa ilə sərhədə miqrant kolonnasını göndərib. Miqrantlar Polşa sərhədçilərinə hücum etməyə cəhd ediblər, bir neçə qrup AB-yə daxil olub. Polşa sərhədçiləri, daha sonra isə hərbçilər qanunsuzların qarşısını almağa çalışıblar, Belarus hakimiyyəti isə miqrantları dağıntılar, metal maneələri kəsmək üçün alətlər və qaz balonları ilə təmin edib. Böhran nəticəsində azı 14 nəfər ölüb, 1500 nəfər saxlanılıb.
Gülayə Mecid
#bariera🇵🇱🇧🇾
— Straż Graniczna (@Straz_Graniczna) June 12, 2022
Pierwsze ukończone odcinki bariery na granicy🇵🇱🇧🇾zostały odebrane. Trwają odbiory pozostałych. Przęsła ustawione są już na długości 140 km. W najbliższych dniach rozpocznie się instalacja bariery elektronicznej 💪#bezpieczeństwo #bezpieczna🇵🇱
Odcinek #PSGKuźnica👇 pic.twitter.com/NTFelTcjHz