Ermənistanda qumbara ilə silahlanmış maskalı şəxs valyutadəyişmə məntəqəsinə daxil olaraq külli miqdarda pul oğurlayıb.
"Unikal" xarici KİV-ə istinadən xəbər verir ki, o, qumbaranın üzüyünü dartaraq məntəqə əməkdaşlarını qorxudub.
Məlumata görə, oğru valyutadəyişmə məntəqəsində olan 4 400 000 min dramı (təxminən 17 800) götürərək qaçıb. Şübhəli hələ də tapılmayıb.
Faktla bağlı araşdırma aparılır.
Ağarza Elçinoğlu