ABŞ-ın keçmiş dövlət katibi Hillari Klinton Rusiya və Ukrayna müharibəsində danışıqlara tələsməməyi tövsiyyə edib.
"Unikal" xəbər verir ki, o, “France Culture” nəşrinə müsahibəsində Rusiya və Ukrayna arasında danışıqların vaxtının hələ çatmadığını deyib. O, hesab edir ki, indiki vəziyyətdə son uğur Rusiyanın “məğlubiyyəti” olmalıdır.
Klinton Rusiya qoşunlarının Ukrayna ərazilərindən fevralın 24-dək tutduqları mövqelərə çıxarılmasını dəfələrlə tələb edən Kiyevin mövqeyi ilə razılaşıb.
Eks dövlət katibi Fransa prezidenti Emmanuel Makronun iyunun əvvəlində Qərb liderlərinin “Rusiyanı alçaltmaması” barədə bəyanatını da şərh edib ki, hərbi əməliyyatlar bitdikdən sonra vəziyyəti diplomatiya yolu ilə həll etmək şansı olsun.
Klinton Makronun mövqeyini “köhnəlmiş” adlandırıb və bildirib ki, onun fikrincə, “Putin qırmızı xətti çoxdan keçib”.
O, həmçinin "ön planda olan" və "Putinin əslində kim olduğu və məqsədlərinin nə olduğu barədə daha aydın təsəvvürə malik" Baltikyanı ölkələr və Polşa liderlərini daha çox dinləməyi təklif edib.