
“Prezident seçkilərində namizəd kimi iştirak etməyəcəyəm”
“Prezident seçkilərinə namizəd kimi qatılmaq fikrim yoxdur”.
Bunu APA-ya açıqlamasında Azərbaycan Milli İstiqlal Partiyasının (AMİP) lideri Etibar Məmmədov deyib.
O, AMİP-in iyun ayında keçiriləcək qurultayında namizədliyinin müzakirə olunacağı barədə deyilən fikirlərə də aydınlıq gətirib: “Mənim razılığım olmadan namizədliyim qurultayda necə müzakirə oluna bilər? Seçkilərdə partiyanın namizədi kimi iştirak etmək niyyətində deyiləm”.