Tədqiqatçılar 15 il ərzində 50 yaşlarında olan yarım milyon asiyalının tibbi qeydlərinə baxıblar.
"Unikal" xəbər verir ki, araşdırmaçılar evlilərin suaylara nisbətən daha çox yaşadığı qənaətinə gəliblər.
Geniş araşdırmalar nəticəsində məlum olub ki, evli insanların bütün səbəblərdən ölüm riski subaylarla müqayisədə 15 faiz, bədbəxt hadisələr, xəsarətlər və ürək xəstəliklərindən ölmə riski isə 20 faiz azdır.
Xüsusilə, evli kişilər arasında ölüm göstəricilərində daha çox azalma müşahidə olunub. Bunun səbəbi kimi evli kişilərin subaylara nisbətən daha az risk alması, qəza törətməsi, spirt və narkotik istifadə etməsi olduğu düşünülür.
Araşdırmaya görə, evliliyin “qoruma effekti” olduğu, yəni cütlüklərin bir-birini tibbi yardım və müalicə almağa təşviq etdiyi üçün evli insanlarda vaxtından əvvəl ölüm riski subaylara nisbətən 15-20 faiz aşağıdır.
Tədqiq olunan insanlar subay, evli, boşanmış və ayrılmış, lakin hələ də evli olaraq təyin edilmişdir. Sorğuda iştirak edənlərin 84,4 faizi evli olub.
15 illik araşdırma zamanı ümumilikdə 123 264 ölüm qeydə alınıb. Ölümlərin çoxu xərçəng (41.362), beyin-damar xəstəlikləri (14.563) və tənəffüs xəstəlikləri (13.583) səbəb olub.