ABŞ prezidenti Co Bayden Belarus Respublikası rejiminin hərəkətləri və siyasəti ilə əlaqədar fövqəladə vəziyyət rejimini davam etdirdiyini, bu ölkənin hakimiyyət orqanlarına qarşı sanksiyaların davam etdirilməsini də əhatə etdiyini rəsmən açıqlayıb.
"Unikal" xəbər verir ki, bu barədə Ağ Evin rəsmi saytında məlumat verilib.
"Belarus hökumətinin bəzi üzvlərinin və digərlərinin hərəkətləri və siyasəti, o cümlədən Belarus rejiminin bədxah fəaliyyəti və davamlı sui-istifadələri milli təhlükəsizlik və ABŞ-ın xarici siyasəti üçün qeyri-adi və ifrat təhlükə yaratmaqda davam edir", - sənəddə deyilir.
Bununla bağlı prezident qeyd edib ki, iyunun 16-dan sonra Belarus Respublikası ilə bağlı fövqəladə vəziyyəti daha bir il davam etdirir.
Gülayə Mecid