Daxili İşlər Nazirliyi "Son zəng" tədbiri ilə bağlı valideyn və məzunlara müraciət edib.
"Unikal" xəbər verir ki, müraiciətdə deyilir:
"Hörmətli valideynlər! Avtomobilinizi sürücülük hüququ olmayan yeniyetmələrə verməyin. Belə hallar aşkar olunduqda siz məsuliyyətə cəlb ediləcəksiniz. Hörmətli məzunlar! Özünüzü kiçik səhvlərə qurban verməyin. Valideynləriniz və cəmiyyətimiz sizdən böyük uğurlar gözləyir".