Azərbaycan universitetləri İT sahəsində 3 000-ə qədər kadr potensialı ilə təmin edir, amma bu bankların, İT şirkətlərin tələbi üçün çox azdır.
"Unikal" xəbər verir ki, bunu innovasiya ekosistemi nümayəndələri ilə görüşdə çıxış edən rəqəmsal inkişaf və nəqliyyat naziri Rəşad Nəbiyev deyib.
Onun sözlərinə görə, bazarda bəlli bir boşluq var və həmin boşluğu doldurmadan məsələləri həll etmək olmaz: "Son bir ildə bazar araşdırılıb və bazarda bəlli bir tələbin olduğu müəyyən edilib".
R.Nəbiyevin qeyd edib ki, son bir ildə nazirliyin əsas məqsədi fundamental məsələləri həll etməkdir: "Azərbaycan qanunvericiliyi çərçivəsində müfəssəl bir sənəd hazırlanıb və hökumətə təqdim olunub. Ümid edirik ki, ilin sonuna qədər bu sənəd qəbul olunacaq. Məqsəd ondan ibarətdir ki, insan kapitalını inkişaf etdirmək lazımdır. Əgər biz düşünürüksə universitetlərdə tədqiqat aparmadan startaplar yaratmaq olar, xeyir mümkün deyil. Biz startapları hər bir məqamada dəstəkləməyə hazırıq".