Xəbər verdiyimiz kimi, Müdafiə Nazirliyinin N saylı hərbi hissəsinin hərbi qulluqçusu, əsgər Əliyarov Riyad Məmməd oğlu Kəlbəcər rayonu ərazisində elektrik cərəyanının vurması nəticəsində vəfat edib.
"Unikal"ın əldə etdiyi məlumata görə, R.Əliyarov Xaçmaz rayonunun Xudat şəhərindəndir. Vəfat edən əsgərimizin özündən böyük 2 qardaşı var. O, evin sonbeşiyidir.
R.Əliyarovun valideynləri Xudatda zəhmətkeş insanlar kimi tanınır.
Qeyd edək ki, Riyad Əliyarov sabah Xudat şəhərində torpağa tapşırılacaq.
Ağarza Elçinoğlu