Ötən gün, Azərbaycan Ordusunun giziri, Vətən müharibəsi iştirakçısı Ruzi Adil oğlu Qəmbərov xəstəlikdən vəfat edib.
"Unikal" xəbər verir ki, bununla əlaqədar olaraq Gəncə Şəhər İcra Hakimiyyətinin başçısı Niyazi Bayramov yas mərasimində iştirak edib, məhrumun ailə üzvlərinə başsağlığı verib.
Qeyd edək ki, Ruzi Qəmbərov sol arxa beyin arteriyası hövzəsinin işemik insultu, serebral koma diaqnozu ilə hərbi tibb müəssisəsində müalicə alıb. Lakin həkimlərin səylərinə baxmayaraq onun həyatını xilas etmək mümkün olmayıb.
Ruzi Qəmbərov Vətən müharibəsi dövründə Murovdağ istiqamətində gedən döyüşlərdə iştirak edib. O, Prezident İlham Əliyevin müvafiq Sərəncamı ilə “Kəlbəcərin azad olunmasına görə” medalı ilə təltif edilib.