Bu gün Azərbaycanda 2021/2022-ci dərs ili başa çatıb və “Son zəng” çalınıb.

"Unikal" xəbər verir ki, 2021/2022-ci tədris ilində ölkənin ümumtəhsil məktəblərinin IX siniflərini 133 422 nəfər, XI siniflərini 91 188 nəfər şagird bitirib. IX sinfi bitirənlərdən 61 400 nəfəri qız, 72 022 nəfəri oğlan, XI sinfi bitirənlərdən 42 005 nəfəri qız, 49 183 nəfəri oğlandır.

2021/2022-ci tədris ilində ümumtəhsil məktəblərində fəaliyyət göstərən 5896 məktəbəhazırlıq qrupunu 100 529 nəfər uşaq başa vurub.

Fotolar: Turqut Sultan