Aİ meymun çiçəyi virusuna qarşı tədbir görür.
"Unikal" xəbər verir ki, Avropa İttifaqı Komissiyasının sağlamlıqdan məsul üzvü Stella Kyriakides AB ölkələrinin səhiyyə nazirləri ilə keçiriləcək görüşdən əvvəl açıqlamalar verib.
Kyriakides bildirib ki, o, bu gün Danimarkada yerləşən Bavarian Nordic biotexnologiya şirkəti ilə meymun çiçəyi virusuna qarşı 110 min doza peyvəndin tədarükü üçün müqavilə imzalayacaq. Peyvəndlərin AB fonları ilə alınacağını söyləyən Kyriakides, "peyvəndlərə ən çox ehtiyacı olan" ölkələrə ilk dozanın iyun ayının sonunda başlayacağını vurğulayıb.
Bavarian Nordic tərəfindən edilən açıqlamada çatdırılmanın dərhal başlayacağı və yaxın aylarda tamamlanacağı bildirilib.
Aİ Komissiyasının məlumatına görə, 19 üzv ölkədən, həmçinin Aİ üzvü olmasa da peyvəndlərin veriləcəyi Norveç və İslandiyadan 900-ə yaxın meymun çiçəyi hadisəsi qeydə alınıb. Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) son açıqlamasına görə, bütün dünyada, əsasən də xəstəliyin endemik olmadığı Qərbi Avropa ölkələrində təxminən 1300 meymun çiçəyi xəstəliyi aşkar edilib.
Xəstəliyin yayılmasından bəri Almaniya, İspaniya və Danimarka kimi bir çox Avropa ölkəsi peyvənd almaq planlarını açıqladı.
Gültəkin ƏLƏSGƏR