Avropa İttifaqı ölkələri Ukraynaya ixrac üçün hazırlanmış taxılın saxlanması üçün müvəqqəti anbarlar verə bilər.
"Unikal" xəbər verir ki, bu barədə Ukraynanın Aqrar Siyasət Nazirliyi məlumat yayıb.
"Hazırkı aşağı ixrac dərəcələri ilə Ukrayna 10-15 milyon ton səviyyəsində məhsul üçün anbar çatışmazlığı ilə üzləşə bilər. Müharibədən əvvəl ümumi anbar tutumu 75 milyon ton taxıl idi", - xəbərdə deyilir.
Qeyd olunub ki, bu gün anbarlardan cəmi 60 milyon ton qalıb, qalanları isə dağıdılma və müvəqqəti işğal nəticəsində itirilib: “Ona görə də bizim müvəqqəti taxıl anbarlarının - modul konstruksiyaların və plastik torbaların təchiz edilməsinə təcili ehtiyacımız var”
Ramil Zeynallı