Amerikalı aktyor Kevin Spacey 3 kişiyə cinsi təcavüzdə ittiham olunub. İngiltərə polisi ulduzun 4 cinsi təcavüz cəhdi üçün məhkəməyə gedəcəyini açıqladı.
 

"Unikal" xəbər verir ki, iki dəfə "Oskar"a layiq görülmüş məşhur Hollivud aktyoru Kevin Spacey ona qarşı təqib ittihamı ilə məhkəmə qarşısına çıxacaq.

Britaniya Prokurorluğu məşhur aktyorun cinsi qısnamada ittiham olunduğunu təsdiqləyib. London polisi Kevin Spacey-nin 2005-2013-cü illər arasında verilmiş bir sıra şikayətləri araşdırdıqdan sonra bu həftə məhkəmə qarşısına çıxacağını açıqlayıb. Məlumdur ki, Spacey-nin ittiham olunduğu təqib hadisələrindən üçü Londonda, birinin isə İngiltərənin qərbindəki bir şəhərdə baş verib.


İndiyədək ona qarşı irəli sürülən ittihamları rədd edən Spacey 2017-ci ilin oktyabrında amerikalı aktyor Entoni Rappın təqib edilməsi iddialarından sonra ümumi üzr istəyib.  Məşhur kinorejissor Harvi Vaynşteyn qalmaqalı üzə çıxdıqdan sonra Spacey Hollivudda açıq şəkildə qanunsuzluqda ittiham olunan ilk aktyorlardan biri idi.