Qarabağın mədəni irsinin bərpası ilə əlaqədar xarici hərraclardan xalçaların alışı həyata keçirilir.
Mədəniyyət Nazirliyindən "Unikal"ın sorğusuna cavab olaraq bildirilib ki, nazirlik və nazirliyin tabeliyində olan Muzey Müəssisələri tərəfindən mədəni irsin bərpası üçün yerli və xarici auksionlar daim izlənilir.
Komissiyalar tərəfindən satışa çıxarılan xalçaların əksəriyyətinin şəkillərinə baxılır. Məqsədəuyğun olduğu təqdirdə muzeylər tərəfindən nazirliyə müraciət olunur:
“Praktikada da var ki, Xalça Muzeyi tərəfindən xarici auksionlara çıxarılan xalçalar haqqında nazirliyə müraciət olunub. Mədəniyyət Nazirliyi də həmin xalçaların alınıb geyi qaytarılmasına nail olub. 2020-ci ilin sonunda 3 ədad Qarabağ xalçası İtaliyadan alıb və Azərbaycana qaytarılıb”.
Gültəkin Ələsgər