Xaçmaz rayonunun Nabran kəndində istirahət mərkəzinin ərazisində ümumi sahəsi 12 m² olan hamam otağının yanar konstruksiyaları, yaxınlıqda transformatorun yağı və sarğıları yanıb.

"Unikal"-ın Fövqəladə Hallar Nazirliyinin saytına istinadən verdiyi xəbərə görə, yaxınlıqdakı koteclər yanğından mühafizə olunub.
Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.