Şuşanın inkişaf etdirilməsini,yenidən qurulmasını görmək təsiredici hadisədir.
"Unikal" xəbər verir ki, bunu Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin həmsədri, Dünya Bankının sabiq vitse-prezidenti İsmail Seragəldin jurnalistlərə açıqlamasında bildirib.
O qeyd edib ki, Şuşa əhəmiyyətli və tarixi bir şəhərdir.
“Şuşanın işğaldan azad edilərək burada bərpa-yenidən qurulma işlərinin aparılması Azərbaycanın uğurudur. Şuşanın inkişaf etdirilməsini,yenidən qurulmasını görmək təsiredici hadisədir. Bura Azərbaycan mədəniyyətin göstəricilərindən biridir. Qlobal Bakı Forumu iştirakçıları olaraq hal-hazırda burada olmaqdan çox məmnunuq” -deyə o əlavə edib.