Türkiyənin Aydın vilayətində 14 yaşlı Eren Yıldız faciəli şəkildə vəfat edib.
"Unikal" "Haber Global"a istinadən xəbər verir ki, ötən gün o, atası və babası ilə birlikdə balıq ovuna gedib. Atası balıqları ovlamaq üçün suya elektrik cərəyanı verib.
Yeniyetmə oğlan bundan xəbərsiz olduğu üçün suya girib. Dərhal 14 yaşlı E.Yıldız xəstəxanaya yerləşdirilib.
Həkimlərin səyinə baxmayaraq o, dünyasını dəyişib.
Faktla bağlı araşdırmalara başlanılıb.
Seymur Əli