Böyük Britaniyanın Baş naziri Boris Conson və NATO-nun baş katibi Yens Stoltenberq Qərb müttəfiqlərinə xəbərdarlıq edib.
"Unikal" xarici KİV-ə xəbər verir ki, Rusiya qüvvələri ölkənin şərqində Ukrayna mövqelərinə hücumlarını intensivləşdirib.
Conson və Stoltenberqin ayrı-ayrılıqda Rusiyayaya qarşı müxtəlif xəbərdarlıqlar edilib.
“Biz bunun illər çəkə biləcəyinə hazırlaşmalıyıq. Biz Ukraynanı dəstəkləməkdən vaz keçməməliyik”, - deyə Stoltenberq bildirib. Conson isə "Xərclər yüksək olsa belə, təkcə hərbi dəstək üçün deyil, həm də artan enerji və ərzaq qiymətləri səbəbindən Ukraynaya yardımlar ediləcək", - deyib.
Aynurə Xudaverdiyeva