Naxçıvan Muxtar Respublikasının büdcəsinin gəlirləri və xərcləri təsdiq olunmuş göstəriciyə nisbətən 28,5 milyon manat və ya 4,9 faiz, dövlət büdcəsindən ayrılan dotasiya isə 26,0 milyon manat və ya 6,0 faiz artırılır.

"Unikal" xəbər verir ki, bunu Milli Məclisdə 2022-ci ilin dövlət büdcəsinə dəyişiklik layihəsinin müzakirəsi zamanı maliyyə naziri Samir Şərifov deyib.

Nazir bildirib ki, artımdan sonra Naxçıvan Muxtar Respublikasının büdcəsinin gəlir və xərcləri bərabər olmaqla 606,1 milyon manat təşkil edəcək.

Anar Kəlbiyev