Bakı Dövlət Universiteti səs yazısı yayılan müəllimlə bağlı açıqlama yayıb.
Universitetdən "Unikal"a verilən xəbərə görə, səs yazısı yayılan Sədaqət Əhmədovanın əmək müqaviləsinə xitam verilib.
Qeyd edək ki, Sədaqət Əhmədovanın tələbələrdən rüşvət istəməsi ilə bağlı səs yazısı yayılmışdı. Belə ki, müəllimin tələbələrdən pul almaq üçün onları imtahandan kütləvi şəkildə kəsdiyi iddia edilib. Müəllim səs yazısında deyib ki, imtahandan kəsilən zaman tələbələr üç-beş min manat arası pul ödəsələr, məsələ həllini tapar.