Bakıda sürücü qaydaları kobud şəkildə pozub.

"Unikal" xəbər verir ki, görüntülər paytaxtın Cəfər Xəndan küçəsində qeydə alınıb.

Belə ki, 10-MM-100 dövlət qeydiyyat nişanlı "Toyota Prado" markalı avtomobilin sürücüsü, Dadaşov Əliyar Ələkbər oğlu yolun əks istiqamətinə çıxıb.

Bakı Şəhər Dövlət Yol Polisi İdarəsinin baş inspektoru, polis mayoru Araz Əsgərli saytımıza açıqlamasında bildirilib ki, yayılan görüntülərlə bağlı tədbir görülüb:

“Sürücü İnzibati Xətalar Məcəlləsinin 327.4 maddəsi ilə 100 manat 4 bal cərimə olunub”, - deyə o əlavə edib.

Murad İbrahimli