Əfqanıstanda hakimiyyəti ələ almış "Taliban" qruplaşması ölkənin cənubundakı Qəndəhar şəhərində tam bədən hicab taxmaqdan imtina edən qadınları heyvanlarla müqayisə edib.
"Unikal" xəbər verir ki, bu barədə "France 24" yerli məmura istinadən bildirir.
Qeyd olunub ki, onlar tam hicabda olmayan qadınları "heyvan kimi görünməyə" çalışdığına dair plakatlar yerləşdirib.
Plakatlarda həmçinin qısa, dar və açıq-saçıq geyimlərin mövcud qaydalara zidd olduğu bildirilir.
Yüksək rütbəli yerli məmur onu da deyib ki, hakimiyyət posterlərdə göstərilən tələblərə əməl etməyən qadınlara qarşı tədbir görəcək.
Ağarza Elçinoğlu