Cənubi Afrikanın KvaZulu-Natal əyalətində polis məmuru şübhəli hesab etdiyi 10 yaşlı oğlunu evinə soxulmaq istəyən zaman güllələyib.
"Unikal" xəbər verir ki, baş verən hadisədə adı açıqlanmayan polis məmuru evindən gələn səslərə oyanaraq aşağı qaçıb və evinin pəncərəsində şübhəli bir şəxsi görüb.
Şübhəli şəxsə tapança ilə pəncərədən atəş açan polis əməkdaşı sonradan anlayıb ki, onun vurduğu şəxs 10 yaşlı oğludur.
Döş qəfəsindən və ayağından xəsarət alan uşaq aparıldığı xəstəxanada dünyasını dəyişib.
Hadisədən sonra ata saxlanılıb.