Baş Narkotiklərlə Mübarizə İdarəsinin Cənub Bölgəsində Regional Şöbəsi və Lerik Rayon Polis Şöbəsi əməkdaşları “Xaşxaş-2022” şərti adlı kompleks əməliyyat-axtarış və profilaktik tədbirlər keçirib.
DİN-in mətbuat xidmətindən "Unikal"-a verilən xəbərə görə, Orand kəndi ərazisində 8 hektar sahədən yabanı halda bitən 5,7 ton çəkidə 15.373 ədəd çətənə kolu aşkar olunaraq məhv edilib.