Rusiyanın "Qazprom" şirkətinin sabahdan etibarən Yunanıstana texniki baxım səbəbiylə təbii qaz axınını müvəqqəti olaraq dayandıracağı bildirilib .
"Unikal"
xəbər verir ki,  Rusiya və Ukrayna müharibəsindən sonra Avropa Rusiyaya qarşı iqtisadi sanksiyalar tətbiq edib.

Sanksiyalara cavab olaraq Rusiya “Qazprom” vasitəsilə Avropaya təbii qaz nəqlinə məhdudiyyətlər qoymağa davam edir.

Rusiya şirkəti bundan əvvəl də Polşa, Bolqarıstan, Danimarka, Finlandiya və Hollandiyaya təbii qaz nəqlini rublla ödəməkdən imtina etdiyi üçün dayandırmışdı. Avropaya təbii qaz nəqlini gündəlik 167 milyon kubmetrdən 67 milyon kubmetrə endirən "Qazprom" təbii qazın kəsilməsinin səbəbini texniki nasazlıq kimi göstərir.

Məlumata görə, iyunun 27-dək davam edəcək kəsilmənin Yunanıstanda təbii qaz qıtlığına səbəb olmayacağı və çatışmazlığın mayeləşdirilmiş təbii qaz (LNG) resursları ilə kompensasiya ediləcəyi nəzərdə tutulur.

Gültəkin Ələsgər