İsraildə koalisiya tərəfdaşları Baş nazir Naftali Bennett və Xarici İşlər Naziri Yair Lapid erkən seçkilərin keçirilməsinə qərar verib.
"Unikal" xəbər verir ki, İsrail İctimai Yayım Təşkilatının (KAN) xəbərinə görə, koalisiya tərəfdaşları Bennett və Lapid gələn həftə Assambleyanın buraxılması ilə bağlı səsvermənin keçirilməsinə razılaşıblar. Koalisiya tərəfdaşlarının razılığına əsasən, xarici işlər naziri Yair Lapid növbədənkənar seçkilərə qədər müvəqqəti baş nazir vəzifəsini icra edəcək.
Parlament erkən seçki qərarını təsdiq edərsə, İsrail təxminən 3,5 il ərzində beşinci seçkini keçirəcək.
Gültəkin Ələsgər