Samuxda intihar hadisəsi baş verib.

"Unikal"-ın məlumatına görə, hadisə rayonun Kolayır kəndində qeydə alınıb. 1971-ci il təvəllüdlü kənd sakini  Elxan Əliyev yaşadığı evdə özünü asıb. Onun meyti yaxınları tərəfindən asılmış vəziyyətdə tapılıb.Mərhumun meyti  müayinə olunmaq üçün Məhkəmə - Tibbi Ekspertiza və Pataloji Anatomiya Birliyinin Gəncə şəhər şöbəsinə verilib.

Faktla bağlı araşdırma aparılır.

Tural Əhmədov