"Düşünürəm ki, komandanın üzvləri, həm Özbəkistan, həm də Azərbaycan tərəfinin nümayəndə heyətinin üzvləri düzgün nəticələr çıxaracaq və dediyim kimi Səmərqənddə görüş tarixi, nəticəli görüş olacaq".
"Unikal" xəbər verir ki, bunları Özbəkistan Respublikasının Prezidenti Şavkat Mirziyoyev Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevlə mətbuata birgə bəyanatında deyib.
"Nəticə necə olacaq? Biz öz qarşılıqlı münasibətlərimizi genişləndirməli və həqiqətən yeni platforma, yeni istiqamətlər yaratmalıyıq. İlham Heydər oğlunun dediyi kimi, bu yol xəritəsi real həyata keçirilməlidir. Biz həmin xəritəni tamamlayanda və bir-birimizi başa düşəndə bu, bizim gələcək münasibətlərimizin rəhni olacaq", - Şavkat Mirziyoyev vurğulayıb.