İndoneziya prezidenti və G20 prezidenti Coko Vidodo iyunda Ukrayna və Rusiyaya səfər etməyi planlaşdırır.
"Unikal" xarici KİV-ə istinadən xəbər verir ki, bu barədə İndoneziyanın xarici işlər naziri Retno Marsudi bildirib.
Marsudanın sözlərinə görə, Vidodo Kiyev və Moskvada Volodimir Zelenski və Vladimir Putinlə görüşəcək.
Vidodonun Kiyev və Moskvaya səfərləri İndoneziya prezidentinin iyunun 26-27-də Almaniyada keçiriləcək G7 sammitində iştirakından sonra baş tutacaq.
“Prezidentin səfəri İndoneziyanın humanitar məsələlərlə bağlı narahatlığını vurğulayır. Ölkə müharibənin yaratdığı ərzaq böhranının, eləcə də onun nəticələrinin həllinə töhfə verməyə çalışacaq”, - deyə Marsudi bildirib.
Qeyd edək ki, İndoneziya prezidenti Rusiyanın Ukraynanı işğal etməsindən sonra Ukrayna və Rusiyaya səfər edən ilk Asiya lideri olacaq.
Gülayə Mecid