G7 ölkələrinin və Şimali Atlantika Alyansının nümayəndələri Ukraynadakı müharibəyə görə Rusiya Federasiyasına təzyiq göstərmək üçün yeni üsullar hazırlayacaqlar.
"Unikal" xarici KİV-ə istinadən xəbər verir ki, liderlər Çinin mövqeyindən narahatdırlar.
Avstraliya, Yaponiya, Cənubi Koreya və Yeni Zelandiya liderləri Ukraynadakı müharibəyə baxmayaraq Qərb ölkələrinin hələ də Çinə baxdığını göstərmək üçün NATO sammitinə daxil edilib.
"Rusiyanın Ukraynaya qarşı müharibəsi dünya miqyasında tərəfdaşlığımızı gücləndirdi. Lakin bu, Ukraynanın bizi Çindən uzaqlaşmağa məcbur etməsi demək deyil. Əslində, tam əksinə", - mesajda deyilir.
Qeyd olunur ki, NATO sammitində onlar Rusiya və Çindən gələn təhlükələrin aradan qaldırılmasına yönələcək yeni strateji konsepsiya qəbul edəcəklər.
Həmçinin məlumat üçün əlavə edək ki, Ukrayna Prezidenti Vladimir Zelenski G7 və NATO sammitlərində çıxış edəcək.
Aynurə Xudaverdiyeva