Ukraynalı əsgərlər vurulmuş Rusiyaya məxsus Ka-52 döyüş helikopterindən C-8 raket buraxılış qurğusunu Mitsubishi L200-ə quraşdırıblar.
"Unikal" xəbər verir ki, yeni silahlardan istifadənin təfərrüatları və videoları Ukrayna Müdafiə Nazirliyinin "Twitter" səhifəsində yer alıb.
“Beləliklə, indi Rusiya silahları həqiqətən etibarlı əllərdədir. Ukrayna əsgərləri vurulmuş Rusiyaya məxsus Ka-52 helikopterindən raket buraxılış qurğusunu maşınlarına quraşdıraraq işğalçılara qarşı istifadə edirlər. Mitsubishi L200 üçün ukraynalı könüllülərə təşəkkür edirik. Amma biz hələ də HIMARS və M270-i gözləyirik”, - deyə Müdafiə Nazirliyinə yazıb.
Gülayə Mecid
So, now rus weapons are really in a good hands. 🇺🇦 warriors have installed a rocket launcher from a shot down 🇷🇺 🚁 Ka-52 on their car and use it against the occupiers.
— Defence of Ukraine (@DefenceU) June 22, 2022
P.S. Thank you to 🇺🇦 volunteers for the Mitsubishi L200.
P.P.S. But we are still waiting for HIMARS and M270! pic.twitter.com/ZXem1grx23