Əfqanıstanın şimal-şərqindəki Bədəxşan əyalətinin mərkəzi Feyzabad şəhərində 4,3 bal gücündə zəlzələ baş verib.
"Unikal" xəbər verir ki, Milli Seysmoloji Mərkəzin məlumatına görə, Əfqanıstanın Feyzabad şəhərində 4,3 bal gücündə yeni zəlzələ baş verib.
ABŞ Geoloji Xidməti (USGS) zəlzələnin 220 kilometr dərinlikdə qeydə alındığını və episentrinin Bədəxşan vilayətinin Curm kəndindən 48 kilometr cənub-qərbdə olduğunu bildirib.
Səlahiyyətlilər zəlzələdən ən çox Paktika vilayətinin Giyan rayonu və Xost vilayətinin Spirey bölgəsinin zərər çəkdiyini bildirib.