Magistral su xəttində baş verən qəza ilə əlaqədar Binəqədi rayonu 7-ci və 8-ci mikrorayonlara, həmçinin Nərimanov rayonunun bir hissəsinə içməli suyun verilməsində məhdudiyyət yaranıb.
“Azərsu” ASC-dən "Unikal"a verilən məlumata görə, hazırda qəzanın aradan qaldırılması istiqamətində tədbirlər görülür.