Çin prezidenti Si Cinpin BRİKS Liderlər Zirvə toplantısında ölkələrin adlarını çəkmədən Qərbin Rusiyaya qarşı iqtisadi sanksiyalarını və ABŞ-ın hegemonluq siyasətini tənqid edib.
"Unikal" xəbər verir ki, Çinin ev sahibliyi etdiyi 14-cü BRİKS Liderlər Sammitində Xi-dən başqa, Braziliya Prezidenti Jair Bolsonaro, Rusiya Prezidenti Vladimir Putin, Hindistanın Baş naziri Nerandra Modi və Cənubi Afrika Respublikasının Prezidenti Sirill Ramafosa da iştirak edib.
Sammitin açılışındakı çıxışında Xi, "Biz dünyanı birtərəfli sanksiyalara, sanksiyalardan sui-istifadəyə və hegemonluq siyasəti ətrafında kiçik maraq dairələrinin yaradılmasına qarşı çıxmağa çağırırıq" deyib.
BRİKS qrupunun inkişaf etməkdə olan bazarlar və inkişaf etməkdə olan ölkələr kimi məsuliyyətlə hərəkət etməli və dünyaya müsbət, sabit və konstruktiv güc gətirməli olduğunu bildirən Xi, Soyuq Müharibə zehniyyətini və bloklararası qarşıdurmanı rədd etməyə çağırıb.
Çıxışında zirvənin bəşəriyyətin gələcəyi üçün kritik bir məqamda keçirildiyinə işarə edən Xi, "Biz iqtisadi dirçəliş üçün güclərimizi birləşdirməliyik, makro siyasətlərdə koordinasiyamızı artırmalı, sənaye və təchizat zəncirlərini təhlükəsiz və axıcı hala gətirməliyik" -seyə bildirib.
Qeyd edək ki, Xi Braziliya, Rusiya, Hindistan, Çin və Cənubi Afrikadan ibarət qrupun toplantısından ABŞ və müttəfiqlərinə qarşı birlik, iqtisadi və siyasi təsir göstərmək platforması kimi istifadə etməyə çalışıb.
Sammit çərçivəsində keçirilən biznes forumdakı çıxışında Xi Rusiyaya qarşı sanksiyaları və ABŞ-ın bu məsələdəki mövqeyini bu sözlərlə tənqid edib:
"Dəfələrlə sübut olunub ki, sanksiyalar ikitərəfli qılıncdır və onları bumeranq təsiri ilə tətbiq edənlərə zərər verir. Beynəlxalq maliyyə və valyuta sistemlərindəki hökmranlıqlarından qlobal iqtisadiyyatı siyasiləşdirmək üçün istifadə etməyə cəhd edənlər rıçaqlar və silahlar özlərinə və başqalarına zərər verəcək və bütün dünyaya fəlakət gətirəcək”.
Braziliya BMT Baş Assambleyasının Rusiyanın hərəkətlərini pisləyən qətnaməni dəstəkləyib, Çin, Hindistan və Cənubi Afrika isə bitərəf qalıb.