"Kurtlar vadisi" serialında "Kılıç" obrazına həyat verən aktyor Attila Olqaç illər sonra etdiyi etirafıyla gündəmə gəlib.
"Unikal"
axsam.az-a istinadən xəbər verir ki, aktyor ekran işində "Polad Alemdar" obrazına həyat verən Necati Şaşmazın dini təriqət üzvü olmasıyla bağlı xəbərlərdən sonra həmkarının layihədən ayrılmaq istədiyini açıqlayıb:

"Hamımız serialdan ayrılacaqdıq. Ancaq ki, yaşamaq üçün pul qazanmaq lazımdır. Kisənin ağzını açdılar. Aldığımız pulun 2 qatını verdilər. Belə olduqda da edəcək heç nə qalmadı". 

Olqaç ekran işində "Mehmet Karahanlı" obrazına həyat verən aktyor Zafer Enginin isə 3 qat artıq məvacib tələb etdiyi üçün layihədən ölərək ayrıldığını bildirib:

"3 qat artıq maaş istədi. Prodüser olmaz dedi. Kanal isə sən 2 qatını ver, mən üzərini tamamlayaram söylədi, amma 10 bölüm sonra öldürüldü. Zafer elə getdi, yoxsa o da qalacaqdı. Erkən öldürüldü".